...

Bakı-Ələt-Qazax magistralında avtobus minik avtomobili ilə toqquşub

Hadisə Materials 7 Avqust 2022 10:37 (UTC +04:00)
Bakı-Ələt-Qazax magistralında avtobus minik avtomobili ilə toqquşub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Trend xəbər verir ki, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti