...

Pakistanda yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 14 Avqust 2022 07:29 (UTC +04:00)
Pakistanda yol qəzası baş verib, ölənlər var

Bakı. Trend:

Pakistanda baş verən ağır yol qəzasında 13 nəfər ölüb, 5 nəfər yaralanıb.

Trend xəbər verir ki, hadisə Pəncab əyalətində yük maşınının sərnişin avtobusunun üzərinə aşması nəticəsində baş verib.

Qeyd edilir ki, avtobus hərəkətdə olarkən xəndəyə düşüb. Bu vaxt arxadan gələn yük maşını avtobusun üstünə aşıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti