Bakı. Trend:
Oğuz rayonunda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildirilib ki, FHN-nin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.