...

Bakıda istixana ərazisində yanğın olub

Hadisə Materials 11 Sentyabr 2022 21:40 (UTC +04:00)
Bakıda istixana ərazisində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda istixana (hazırda fəaliyyət göstərmir) ərazisində 0,2 ha sahədə quru ot, ümumi sahəsi 200 m² olan 2 ədəd istixananın üzərinə və dam örtüyünə çəkilən şüşə-pambıq üzlük 120 m² sahədə yanıb. İstixananın qalan hissəsi və digər istixanalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti