...

Bakıda polislərə hücum edən şəxsin məhkəməsi başlayıb

Hadisə Materials 23 Sentyabr 2022 13:41 (UTC +04:00)
Bakıda polislərə hücum edən şəxsin məhkəməsi başlayıb

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Sabunçu rayonunda qadınlara hədə-qorxu gələn, polis əməkdaşlarına müqavimət göstərən Teymur Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Teymur Yolçuyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti proses oktyabrın 4-də davam edəcək.

İttihama görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə bu il aprelin 29-da gecə saat 2:50-də Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda həmin şəxsin yeri müəyyənləşdirilib.

Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel silahından havaya iki dəfə xəbərdarlıq atəşi açıblar.
Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.

Araşdırmalarla həmin şəxsin əvvəllər üç dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti