...

“Milli Ön” terminalını oğurlayan şəxslər saxlanılıblar (FOTO/VİDEO)

Hadisə Materials 11 Oktyabr 2022 13:42 (UTC +04:00)
“Milli Ön” terminalını oğurlayan şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonu Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5405 manat olan “Milli Ön” ödəniş terminalı oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.

Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb. Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb,

Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti