...

Tanınmış idmançını güllələyib öldürən şəxsə hökm oxundu

Hadisə Materials 28 Oktyabr 2022 14:31 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Zaur Yusifovu güllələyib qətlə yetirməkdə ittiham olunan Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Şirəliyev 18 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dünən dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il cəza istəyib.

Xatırladaq ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib. Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Ötən ilin oktyabrında hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

Zaur Yusifovu qətlə yetirən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti