...

Güldanın içərisində narkotik vasitə aşkarlanıb (FOTO)

Hadisə Materials 31 Oktyabr 2022 17:23 (UTC +04:00)
Güldanın içərisində narkotik vasitə aşkarlanıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Güldanın içərisində narkotik vasitə olan heroin aşkarlanıb

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonundakı karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib.

Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib. Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan, ümumi çəkisi 1 kq 750 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti