...

Dəm qazından boğulan şəxs Azərbaycan Ordusunun hərbçisi deyil - MN (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Noyabr 2022 17:00 (UTC +04:00)
Dəm qazından boğulan şəxs Azərbaycan Ordusunun hərbçisi deyil - MN (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.

XXX
Saat: 16:29

Sumqayıtda bir nəfər dəm qazından boğularaq ölüb.

Trend-in məlumatına görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti