...

Sabunçuda ər arvadını bıçaqlayaraq öldürüb

Hadisə Materials 11 Noyabr 2022 23:59 (UTC +04:00)
Sabunçuda ər arvadını bıçaqlayaraq öldürüb

Bakı. Trend:

Noyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Aparılmış araşdırmalarla zərərçəkmişin əri,1978-ci il təvəllüdlü Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti