Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) Bakı sakininin qumbara ilə hədələnməsi ilə bağlı araşdırmalara başlayıb.
DİN-dən Trend-ə verilən məlumata görə, hüquq-mühafizə orqanlarına müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü vətəndaş noyabrın 13-də yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib. Həmin şəxs qeyd edib ki, onun keçmiş qayınatası, Masallı sakini Teyyub Babayevə 30 min dollar borcu var. O, pulların ona verilməsini tələb edərək qarşı tərəfi hədələyib.
Müraciətlə bağlı ilkin araşdırmalar və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.