...

Ağdaşda 3 yaşlı uşaq su arxında batıb

Hadisə Materials 23 Noyabr 2022 21:23 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaşda 3 yaşlı uşaq su arxında batıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti