...

Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar (FOTO)

Hadisə Materials 21 Dekabr 2022 11:07 (UTC +04:00)
Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar (FOTO)

Bakı. Trend:

Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəlcədən əlbir olaraq oğurluq əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Şəhriyar Səlimzadə və Nicat Əliyev saxlanılıblar. Onların fərdi yaşayış evindən məişət əşyası oğurladıqları müəyyən edilib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti