Bakı. Trend:
Kəlbəcərdə 2 yük avtomobili toqquşub.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Belə ki, dekabr ayının 23-də Kəlbəcər rayon Almalıq kəndi ərazisində 2 yük avtomobilinin toqquşması nəticədə sürücülərdən 1-i Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb. Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Faktla bağlı araşdırmalar davam etdirilir