...

Bakı-Qazax yolunda qəza: Avtobus yük maşını ilə toqquşub (FOTO)

Hadisə Materials 23 Dekabr 2022 18:06 (UTC +04:00)
Bakı-Qazax yolunda qəza: Avtobus yük maşını ilə toqquşub (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 17:30 radələrində Bakı-Qazax yolununun 114-cü km-də yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, “Mercedes Benz” markalı, 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı istiqamətinə hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində bir sərnişin yüngül xəsarət alıb. Ölən və ağır xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə dərhal DYP əməkdaşları cəlb edilib. Sözügedən yolda nəqliyyatın hərəkəti tənzimlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti