...

Xocavənddə silah-sursat tapılıb

Hadisə Materials 13 Yanvar 2023 10:02 (UTC +04:00)
Xocavənddə silah-sursat tapılıb

Bakı. Trend:

Polis əmədaşları tərəfindən işğaldan azaz edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, 37 snayper patronu, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti