...

Görədildə partlayış olub

Hadisə Materials 25 Yanvar 2023 10:26 (UTC +04:00)
Görədildə partlayış olub

Bakı. Trend:

Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360m² olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində yerləşən mətbəxində ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.

Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti