...

Bakıda külək 15 ağacı qırdı (FOTO/VİDEO)

Cəmiyyət Materials 9 Fevral 2023 09:39 (UTC +04:00)
Bakıda külək 15 ağacı qırdı (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda gecə saatlarından başlanan külək 15 ağacı qırıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan dəyib.

Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülüb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Rayonlarda isə qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti