...

Sumqayıtda evdə yanğın olub

Hadisə Materials 12 Fevral 2023 10:37 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 140 m² (1-ci mərtəbəsi 70 m², mansardası 70 m²) olan birmərtəbəli mansarda tipli evin mansardasının döşəməsi 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti