Bakı. Trend:
Tərtər rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Trend-in məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib.
Məlumata görə, qətlə yetirilən Gülnar Məmmədova Tərtər rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin baş məsləhətçi işləyirmiş.Hadisə nəticəsində qətlə yetirilən Namiq Allahverdiyev isə onların evində usta işləyirmiş. Hadisəni törədən, Gülnar Məmmədovanın həyat yoldaşı Asif Məmmədov G. Məmmədova ilə N. Allahverdiyevin yaxın münasibətlərindən şübhələnib. Bu gün səhər saatlarında A. Məmmədov evinə qayıdarkən həyat yoldaşını N. Allahverdiyevlə yataqda tutub. O odlu silahla N. Allahverdiyevin qətlə yetirdikdən sonra arvadının da başını kəsib.
Xatırladaq ki, fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.
Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.