...

Ağcabədidə ölümlə nəticələnən qəza baş verib

Hadisə Materials 11 Mart 2023 11:59 (UTC +04:00)

Ağcabədi. Trend:

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb.

Trend-in yerli bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Ağcabədi şəhər sakini, 26 yaşlı Rövşənoğlu Fəqan Rövşən oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə​ idarə etməni itirərək yolu keçmək istəyən Axundov Əliş Ələkbər oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır

Xəbər lenti

Xəbər lenti