...

Ağcabədidə ölümlə nəticələnən qəza baş verib

Hadisə Materials 22 Mart 2023 09:40 (UTC +04:00)
Ağcabədidə ölümlə nəticələnən qəza baş verib

Bakı. Trend:

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi "VAZ" 2107 markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü Y.Tofiqoğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti