Bakı. Trend:
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Aşağı Ləki kənd sakini Elim Abdullayevdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.