Bakı. Trend:
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə
müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı
alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Trend-ə verilən məlumata görə, oğurluq
və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına
qısamüddətli görüşə gəlmiş qohumu tərəfindən gətirilmiş sovqata
baxış keçirilən zaman, orada olan şalvarın balağının tikiş
hissəsinə hopturulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə -
heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.