...

Generala qarşı dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Hadisə Materials 19 Aprel 2023 18:08 (UTC +04:00)
Generala qarşı dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı dələduzluq etməkdə təqsirləndirilən Vladimir Müslümovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vladimir Müslümov özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxslərə ucuz qiymətə ev satacağını vəd edib. Razılaşmaya əsasən Vəzir Həsənov 4 otaqlı ev almaq üçün 391 min 754 manat verib. Vladimir Müslümov isə pulu aldıqdan sonra vədinə əməl etməyib.

İttiham aktına görə, Vladimir Müslümov generalın bacanağı İnqilab Əliyevə qarşı da dələduzluq edib. General və bacanağının şikayəti əsasında Vladimir Müslümov həbs olunub. Zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Qeyd edək ki, Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti