...

Ağstafada baş verən partlayışla bağlı cinayət işi başlanıb

Hadisə Materials 22 Aprel 2023 22:46 (UTC +04:00)
Ağstafada baş verən partlayışla bağlı cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Ağstafa rayon prokurorluğundan Trend-ə bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti