...

Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Hadisə Materials 22 May 2023 11:06 (UTC +04:00)
Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetinin (BDU) Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına əsasən, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur. Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq.

22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti