...

Üzərində narkotik daşıyan şəxs tutuldu

Hadisə Materials 27 May 2023 10:23 (UTC +04:00)
Üzərində narkotik daşıyan şəxs tutuldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik narkotik daşıyan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1993-cü il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Cəfərov Telman Elman oğlu 25 may 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılıb, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarının bir bükümdə külli miqdarda 2,185 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə 0,956 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti