...

Aksiz markası olmayan 4 min qutu siqaret aşkarlanıb

Hadisə Materials 10 İyun 2023 16:47 (UTC +04:00)
Aksiz markası olmayan 4 min qutu siqaret aşkarlanıb

Bakı. Trend:

Aksiz markası olmayan külli miqdarda tütün məmulatları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda - 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti