...

Daşkəsən sakini şəxsi münasibətlər zəminində həmyerlisi tərəfindən döyülüb

Hadisə Materials 16 İyun 2023 00:18 (UTC +04:00)
Daşkəsən sakini şəxsi münasibətlər zəminində həmyerlisi tərəfindən döyülüb

Bakı. Trend:

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbə sakini, 1997-ci il təvəllüdlü İlkin Cəfərovun sol gözünün üst nahiyəsinin çapılmış, aşa nahiyəsinin isə hematoması və şişkinliyi xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq araşdırmalar nəticəsində məlum olub ki, İ. Cəfərov qonaq qismində iştirak edən rayon ərazisindəki mərasim evlərinin birində həmyerlisi Ramin Məmmədov ilə şəxsi münasibətlər zəminində mübahisə edib və sonuncu ona qeyd edilən xəsarətləri yetirib.

Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti