...

Qadınlara söz atdığına görə 11 yaşlı uşaq bıçaqlanıb

Hadisə Materials 21 İyun 2023 09:53 (UTC +04:00)

Bakı. Trend:

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend xəbər verir ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Həsənov Sərkar Ağamirzə oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində 11 yaşlı Məmmədli Ömər Rufis oğlunu bıçaqlayıb.

Belə ki, tərəflər arasında Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması ilə bağlı aralarında mübahisə yaranıb. Mübahisə zəminində S.Həsənov sonuncunun qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq daxilə nüfuz edən bədən xəsarət yetirib.

Faktla bağlı Cinayət məcəlləsinin = 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti