...

Göygöl rayonunda bir nəfər göldə batıb

Hadisə Materials 24 İyun 2023 10:29 (UTC +04:00)
Göygöl rayonunda bir nəfər göldə batıb

Bakı. Trend:

Göygöl rayonunda bir nəfər göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə 22.06.2023-cü il tarixində Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti