...

Biləsuvarda ev yanıb, bir nəfər xəsarət alıb

Hadisə Materials 27 İyun 2023 17:34 (UTC +04:00)
Biləsuvarda ev yanıb, bir nəfər xəsarət alıb

Bakı. Trend:

Biləsuvarda ev yanıb, bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 50 kv.m sahədə və dam örtüyünün taxta atmaları 40 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti