...

Muğanlı-İsmayıllı istiqamətindəki yolda sürüşmə olub

Hadisə Materials 30 İyun 2023 00:04 (UTC +04:00)
Muğanlı-İsmayıllı istiqamətindəki yolda sürüşmə olub

Bakı. Trend:

Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə gecə saatlarında təmir işləri icra olunacaq.

Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Qeyd olunan müddət ərzində sürücülərə alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti