Bakı. Trend:
Qobustan rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bəklə kəndində ümumi sahəsi 130 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Köməkçi tikilinin içərisində olan ev əşyaları yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.