...

Sabunçuda beşmərtəbəli binada yanğın olub

Hadisə Materials 5 İyul 2023 21:33 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 5 m² sahədə, 1 ədəd qapı, 1 ədəd pəncərə və ev əşyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti