...

İmişlidə yaşayış binasında partlayış olub (YENİLƏNİB)

Hadisə Materials 22 İyul 2023 09:36 (UTC +04:00)
İmişlidə yaşayış binasında partlayış olub (YENİLƏNİB)

Bakı. Trend:

İmişlidə beşmərtəbəli yaşayış binasında partlayış olub.

Trend xəbər verir ki, partlayış nəticəsində xəsarət alanlar var.

İlkin ehtimala görə, partlayışa səbəb mənzillərin birində qaz sızması olub.

Fövqəladə Hallar Nazirliyindən bildirib ki, partlayışdan sonra yanğın müşahidə olunmayıb. Xilasedicilər tərəfindən partlayış nəticəsində xəsarət alan bir nəfər təcili yardım briqadalarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti