...

"Xocəsən" stansiyasında texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb

Hadisə Materials 1 Avqust 2023 07:28 (UTC +04:00)
"Xocəsən" stansiyasında texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti