Bakı. Trend:
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 34 yaşlı Emil Abdullayev ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.