...

Qohumunu boğaraq öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 25 Avqust 2023 10:41 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, mayın 13-də Xızı rayon sakini 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Xızı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ibtidai istintaqla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun rayonun Giləzi qəsəbəsində yerləşən evlərin birində aralarında yaranmış mübahisə zamanı qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti