Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 40 m² sahədə, bir otağının, mətbəxinin yanar konstruksiyaları 35 m² sahədə və bitişik sahəsi 40 m² olan talvarın taxta atmaları 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin, talvarın qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.