...

Tərtərdə 53 yaşlı kişi minaya düşüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Oktyabr 2023 09:17 (UTC +04:00)
Tərtərdə 53 yaşlı kişi minaya düşüb (FOTO) (ƏLAVƏ OLUNUB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Tərtər rayonunda mina partlayışı baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.

"ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda qeyd olunub.

XXX
Saat 08.00

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Vəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti