...

Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların vəziyyəti necədir? - AÇIQLAMA

Hadisə Materials 30 Oktyabr 2023 09:52 (UTC +04:00)
Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların vəziyyəti necədir? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.

Bu barədə Trend-ə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Onun vəziyyətinin stabil olduğu bildirilib:

Qeyd edilib ki, 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir:

"1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”.

Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti