Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda üçmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 35 m² olan tikilinin yanar konstruksiyaları yanıb. Yataqxana binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.