...

Paytaxtda dənizdə gəzinti qayığı batdı: 6 nəfər xilas edilib (YENİLƏNİB)

Hadisə Materials 22 Dekabr 2023 12:34 (UTC +04:00)
Paytaxtda dənizdə gəzinti qayığı batdı: 6 nəfər xilas edilib (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

xxx

12:28

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

xxx

11:58

Bakıda dənizdə gəzinti qayığı batıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, xilas olunanların sayı və hadisənin sahildən nə qədər kənarda olduğu müəyyən edilir.

Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib və batma təhlükəsi olan bir neçə nəfər xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti