Bakı. Trend:
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.
Yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Dəmirova Alidə Allahverdi qızını Honda markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt araşdırılır.