...

Paytaxtda yaşayış binasında təhlükəli hal aradan qaldırıldı

Hadisə Materials 25 Dekabr 2023 18:18 (UTC +04:00)
Paytaxtda yaşayış binasında təhlükəli hal aradan qaldırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən peyk anteninin yerindən qoparaq ağacın üzərində asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər anteni müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti