...

Ağdamda mina partlayıb, xəsarət alan var

Hadisə Materials 21 Yanvar 2024 14:06 (UTC +04:00)
Ağdamda mina partlayıb, xəsarət alan var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti