...

Kürdəmirdə açıq sahədə yanğın baş verib (VİDEO)

Hadisə Materials 10 Fevral 2024 08:54 (UTC +04:00)
Kürdəmirdə açıq sahədə yanğın baş verib (VİDEO)

Bakı. Trend:

Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 3 ha sahədə kol-kos və 1 ədəd elektrik dirəyi qismən yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti