...

Gəncədə mebel sexində yanğın olub

Hadisə Materials 25 Mart 2024 05:21 (UTC +04:00)
Gəncədə mebel sexində yanğın olub

Bakı. Trend:

Gəncə şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları 77 m² sahədə və içərisində olan 1 ədəd dəzgah yanıb.

Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 100 m² sahədə qarsalanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti